sa sa 2000
Tofiq Allahverdiyevin həmmüəllif olduğu məqalə impakt faktorlu jurnalda dərc olunub May 08, 2019 | 11:32 / Mühüm hadisələr

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar Institutunun Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi, biologiya elmləri doktoru, dosent T.İ.Allahverdiyevin həmmüəllifi olduğu "Co-occurrence of mild salinity and drought synergistically enhances biomass and grain retardation in wheat" məqalə Frontiers in Plant Science (impact factor 3,677, 2017 JCR, Clarivate Analytics 2018) jurnalında dərc olunmuşdur. Məqalə müxtəlif coğrafi mənşəli (Avstriya, Azərbaycan, Serbiya) 14 yumşaq buğda genotipinin normal suvarma, quraqlıq stresi,  duz stresi, quraqlıq və duz stresləri birlikdə becərilmə şəraitlərində fizioloji, biokimyəvi, aqronomik göstəricilərinin tədqiqinə həsr olunmuşdur. Bu tədqiqat işi Avropa Bitki Fenotip Şəbəkəsinin EPPN2020 (EPPN, Grant Agreement No.284443) və Macarıstan Milli İqtisadiyyat Nazirliyinin (GİNOP-2.3.2-15-2016-00037) qrantları hesabına həyata keçirilmişdir. Aparılan tədqiqat işi bitki fenotipinin kompleks tədqiqinin quraqlığa və duza davamlılığa görə seleksiyada istifaəsinin potensialını qeyd etməyə imkan verir.   

Məqalə_T.Allahverdiyev.pdf