sa sa 2622
“9 may - Qələbə günü”nə həsr olunmuş tədbir keçirilmişdir + Foto May 08, 2018 | 14:59 / Tədbirlər

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “9 may - Qələbə günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə çıxış edən institutun elmi işlər üzrə direktor  müavini, b.ü.f.d. Ələmdar Məmmədov ikinci dünya müharibəsində azərbaycanlıların istər ön, istər arxa cəbhədə böyük fədakarlıqlar göstərdiyini bildirmişdir. Müharibəyə göndərilən 650 min Azərbaycan vətəndaşının 420 mini geri qayıtmayıb. Göstərdikləri misilsiz şücaətin müqabilində 43 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər isə "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif edilib. İnstitutun digər əməkdaşları Bakı neftinin faşizm üzərində qələbənin əsas amillərindən biri olduğunu vurğuladılar. Neftçilərin fədakar əməyi sayəsində 1941-ci ildə 23,5 milyon ton "qara qızıl" çıxarılıb. Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər. Bütün bu deyilənlər alman faşizmi üzərində qələbə qazanılmasında azərbaycanlıların mühüm rolu olduğunu sübut edir.