Ana səhifəElanlar sa sa 3016
AMEA-nın müxbir üzvü Tərlan Məmmədov tələbələr üçün koronavirusla bağlı onlayn ustad dərsi keçəcək May 19, 2020 | 12:09

Türkiyənin Akdeniz Universitetinin professoru, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Molekulyar biomühəndislik laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov mayın 21-də “Yeni növ koronavirus COVID-19: epidemiologiyası, virusologiyası, diaqnostikası, klinik xüsusiyyətləri və qarşısının alınması” mövzusunda onlayn ustad dərsi keçəcək.

Bakı Dövlət Universitetinin tələbələri üçün nəzərdə tutulan ustad dərsi “Microsoft Teams” platforması üzərindən təşkil olunacaq.

Virtual ustad dərsində iştirak etmək istəyənlər mayın 20-də saat 17:00-dək eshukurov@bsu.edu.az ünvanına müraciət edə bilərlər.

www.science.gov.az