Ana səhifəElanlar sa sa 2689
Akademik Vasim Məmmədəliyevin xatirəsinə həsr olunan konfrans keçiriləcək Avg 17, 2020 | 18:20

26 noyabr 2020-ci il tarixində Azərbaycan İlahiyyat İnstitutunun təşkilatçılığı ilə “Akademik Vasim Məmmədəliyevin ilahiyyat və şərqşünaslıq elmlərinə verdiyi töhfələr” mövzusunda elmi konfrans keçiriləcək.

Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyevin xatirəsinə həsr olunan konfransda alimin həyatı və elmi-pedaqoji, elmi-dini, dini-maarifçilik, tərcüməçilik fəaliyyətinə, onun ilahiyyatçı kadrların yetişməsində, Azərbaycanda dinşünaslıq və islamşünaslığın inkişafında roluna həsr olunan məruzələr dinləniləcək.

science.gov.az