Ana səhifəElanlar sa sa 57
II kurs magistrantlarının magistr dissertasiyalarının müdafiəsi keçiriləcək İyn 02, 2021 | 15:29

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda ölkə ərazisində tətbiq olunan karantin rejiminin tələblərinə uyğun olaraq magistrlik dissertasiyalarının müdafiəsinin keçirilməsi üçün zəruri təşkilatı tədbirlər görülmüşdür. 2020-2021-ci tədris ilində tədris planında nəzərdə tutulan fənlər üzrə kreditləri toplamış və elmi-tədqiqat işini uğurla başa çatdırmış AMEA-nın “Molekulyar biologiya”, “Biokimya”, “Biotexnologiya” və “Nanobiotexnologiya” ixtisasları üzrə II kurs magistrantlarının magistr dissertasiyalarının müdafiəsinin 17 iyun 2021-ci il tarixində saat 10:00-da institutun akt zalında keçirilməsi nəzərdə tutulmuşdur.