Ana səhifəElanlar sa sa 1836
Gənc alim və mütəxəssislər arasında müsabiqə keçiriləcək İyl 02, 2021 | 12:45

AMEA Molekular Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılmasının 5 illiyi münasibətilə 30 yaşa kimi gənc alim və mütəxəssislər arasında müsabiqə keçiriləcək.

Xahiş olunur, müsabiqədə iştirak etmək istəyən iddiaçılar CV formasını, elmi əsərlərin siyahısını (nüsxələr əlavə olunmaqla), eyni zamanda elmi tədqiqat işinin aktuallığını, müasirliyini, metodologiyasını, nəzəri və praktiki əhəmiyyətini və s. xüsusiyyətlərini əks etdirən poster (ilkin olaraq elektron formada) təqdim etsinlər.

 

Müsabiqə qaliblər pul və sertifikatla mükafatlandırılacaq: I yer — 500 manat, II yer — 300 manat, III yer — 200.

Sənədlər 12 iyul 2021-ci il tarixinə kimi müsabiqə komissiyasına təqdim edilməlidir.