Ana səhifəElanlar sa sa 2173
“Tibb elmləri və innovasiyalar” mövzusunda V beynəlxalq konqres keçiriləcək Noy 22, 2021 | 13:00

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə 18-21 dekabr 2021-ci il tarixlərində onlayn formada “Tibb elmləri və innovasiyalar” mövzusunda V beynəlxalq konqres (Uluslararası Sağlık Bilimleri ve İnovasyon Kongresi) keçiriləcək.

Konqresin fəxri sədri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, sədri isə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovadır.

Konfransın təşkilati işlərində AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi və bu bölmənin strukturunda fəaliyyət göstərən Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Genetik Ehtiyatlar İnstitutu və akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu aparıcı rol oynayır.

Konfransın elmi-təşkilat komitəsində bir sıra nüfuzlu elm xadimləri yer alıb.

Qeyd edək ki, İKSAD hər il Türkiyədə və dünyanın bir sıra digər ölkələrində (Ermənistan istisna olmaqla) müxtəlif elmi mövzulara həsr edilmiş beynəlxalq konfrans və simpoziumlar təşkil edir.

Bu günədək biologiya və tibb elmləri istiqamətinə aid 4 belə beynəlxalq tədbir dünyanın bir sıra ölkələrinin iştirakı ilə Türkiyə və Azərbaycanda böyük müvəffəqiyyətlə təşkil olunub.

Konqres haqqında geniş məlumat almaq üçün aşağıdakı linklərə daxil ola bilərsiniz.

Əsas sayt: https://www.healthforworld.org/  

Mövzular: https://www.healthforworld.org/konular

Təqvim: https://www.healthforworld.org/

Əvvəlki konfransların kitabları: https://www.healthforworld.org/kongre-kitabi

Yazı qaydaları: https://www.healthforworld.org/yaz%C4%B1mkurallar

Tezislərin göndərildiyi ünvan: healthforworld44@gmail.com

Tezislərin son göndərmə tarixi: 1 dekabr 2021-ci il.