AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 mart 2022-ci il tarixli 140s nömrəli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2022-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul planına əsasən aşağıdakı ixtisaslar üzrə qəbul elan edir.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya büdcə hesabına:
2415.01 – “Molekulyar biologiya” – 2 yer (əyani);
2406.02 – “Biokimya” - 1 yer (əyani);
2422.01 – “Biotexnologiya” - 1 yer (əyani);
2411.02 - “Bitki fiziologiyası” – 1 yer (əyani);
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ödənişli əsaslarla:
2415.01 – “Molekulyar biologiya” – 1 yer (əyani);
2422.01 – “Biotexnologiya” - 1 yer (əyani);
Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya büdcə hesabına:
2406.02 – “Biokimya” - 1 yer;
2424.01 – “Riyazi biologiya, bioinformatika” - 1 yer.
Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya ödənişli əsaslarla:
2422.01 – “Biotexnologiya” - 1 yer;
Elmlər doktoru proqramı üzrə dissertanturaya büdcə hesabına:
2411.02 - “Bitki fiziologiyası” – 1 yer;
Sənədlər 5 aprel 2022-ci il tarixindən 5 may 2022-ci il tarixinə kimi hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul edilir.
Tel.: (+994 12) 538 11 64