Ana səhifəElanlar sa sa 429
Ümummilli lider Heydər Əliyevin anadan olmasinin 99-cu ildönümünə həsr olunmuş “Gənc Tədqiqatçıların VI Beynəlxalq Elmi Konfransı” keçiriləcək Apr 13, 2022 | 11:42

29-30 Aprel 2022 tarixlərində online formada keçiriləcək “Gənc Tədqiqatçıların VI Beynəlxalq Elmi Konfransı”-nın məqsədi dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri digərləri ilə paylaşmaq, qarşılaşdıqları problemləri təhlil etmək, ortaq problemlərin müzakirə olunması və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etmək və gənclərin elmə olan marağını artırmaqdır.

Konfransın elmi istiqamətləri. “Gənc Tədqiqatçıların VI Beynəlxalq Elmi Konfransı”-nın əsas elmi istiqamətləri aşağıdakılardır:

  • Mühəndislik elmləri
  • Xarici ticarət və Gömrük xidməti
  • Memarlıq və inşaat elmləri
  • Təbiət elmləri
  • İqtisadiyyat elmləri
  • Filologiya elmləri
  • Pedaqogika
  • Hüquq, Tarix və Sosyologiya

Ünvan: Bakı Mühəndislik Universiteti, Xırdalan/Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyası, Sabunçu/Azərbaycan

http://yric.az