Ana səhifəElanlar sa sa 1417
Elmin İnkişafı Fondu Əsas Qrant Müsabiqəsini elan edir Apr 25, 2022 | 12:06

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu Əsas Qrant Müsabiqəsini elan edir.

“Əsas Qrant Müsabiqəsi - 2022”nin proqramı qabaqcıl texnologiyaların, kəşflərin və perspektivli inkişafların sayını artırmaq üçün nəzərdə tutulub. Bu müsabiqə elmi tədqiqatlardan tutmuş nümayiş layihələrə və innovasiyalara qədər geniş spektrli fəaliyyətləri dəstəkləyir. Məqsəd müsabiqə əsasında ayrılan maliyyə vəsaiti hesabına elmi səviyyəni yüksəltmək və yeganə meyar olan tədqiqatın elmi əhəmiyyətini rəhbər tutaraq alimlərin özləri tərəfindən təklif olunan mövzular üzrə tədqiqatları dəstəkləməkdir.

EİF-in qrantları tədqiqat qrupları tərəfindən həyata keçirilən tədqiqat layihələrinə ayrılır. Perspektivli gənc alimlər, eləcə də öz elmi sahəsində lider olan tədqiqatçılar bu qrant üçün müraciət edə bilərlər. Müraciət edənlərin yaşı, eləcə də tədqiqatın tematik sahələri ilə bağlı heç bir məhdudiyyət yoxdur.

Müsabiqədə iştirak etmək üçün layihələr 25 aprel - 30 iyun 2022-ci il il tarixləri arasında qəbul olunacaq. Müsabiqənin nəticələrinin açıqlanması 2022-ci ilin sonunda planlaşdırılır.

Layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub. Bu barədə əlavə məlumat Fondun internet səhifəsində (http://sdf.gov.az/az) dərc olunacaq. Müsabiqəyə təqdim olunduğu gündən etibarən, layihələrə baxılacaq və nəticələri barədə müsabiqə iştirakçılarına elektron qaydada məlumat veriləcək.

https://www.sdf.gov.az