Ana səhifəElanlar sa sa 377
AMEA və Fransanın Monpelye Universiteti birgə doktorantura proqramı elan edir May 04, 2022 | 16:00

Azərbaycan Milli Elmlər Akademiyası və Fransanın Monpelye Universiteti arasında imzalanmış Əməkdaşlıq haqqında Saziş əsasında növbəti birgə doktorantura proqramı elan olunur.

Doktorantlar AMEA və Monpelye Universitetinin doktorantı kimi eyni zamanda qeydiyyatdan keçiriləcək və hər iki təşkilatdan elmi rəhbərlə təmin ediləcək. Proqramın şərtlərinə əsasən, doktorantlar təhsil müddətinin 2 ilini Monpelye Universitetində və 1 ilini AMEA-da tamamladıqdan sonra həm Azərbaycan, həm də Fransa tərəfindən fəlsəfə doktoru diplomlarına layiq görüləcəklər.

Müsabiqə üçün elan edilən mövzular:

  1. 3D Structure, single molecule conformational dynamics and druggability of CRIP1, the cannabinoid receptor interacting protein, involved in epilepsy, schizophrenia and brain senescence.
  2. Carbon nanotube nano-antenna

Müraciətlər 17 may 2022-ci il tarixinə qədər AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsi tərəfindən qəbul edilir.

Proqram haqqında ətraflı məlumat və ərizə formaları üçün Beynəlxalq elmi əməkdaşlıq şöbəsinə (Təhminə Bağırzadə – tel.: (+994 12) 492 43 18; E-mail: tahmina.mammedzade@mail.ru) müraciət edilə bilər.

science.gov.az