Ana səhifəElanlar sa sa 1063
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “İNSANIN GENETİK İDENTIFIKASİYASI VƏ PASPORTLAŞDIRMA PROBLEMLƏRİ” mövzusunda təcrübə kursu keçiriləcəkdir Okt 01, 2022 | 13:34

26-28 oktyabr 2022-ci il tarixlərində Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “İnsanin genetik identifikasiyasi və pasportlaşdirma problemləri” mövzusunda təcrübə kursu keçiriləcəkdir. Üç gün müddətində davam edən təcrübə kursunda gənclərə həm nəzəri məlumatlar veriləcək, həm də təcrübələrdə iştirak təmin olunacaqdır.

 

TƏCRÜBƏ KURSUNUN PROQRAMI:

I GÜN

Nəzəri hissə:

  1. Şəxsiyyətin identifikasiyası: yaranma tarixi, əhəmiyyəti və tətbiqi aspektlərib.ü.f.d., dosent Nurməmməd Mustafayev (AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Populyasiya genomiksi laboratoriyasının müdiri)

 

  1. İnsan təkamülünün tədqiqində antik DNT-nin roluZərintac Rüstəmova (AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Populyasiya genomiksi laboratoriyasında kiçik elmi işçi, “Molekulyar biologiya” ixtisası üzrə dissertant)

Praktiki hissə:

  1. Təzə qanın leykositlərindən nüvə DNT ayrılması
  2. Real-Time PZR (Applied Biosystems, 7500) vasitəsilə ayrılmış nüvə DNT-nin qatılığının və təmizlik dərəcəsinin təyini

 

II GÜN

Nəzəri hissə:

  1. Mitoxondri DNT-nin quruluşu, funksiyası və mutasiyaları, şəxsiyyətin identifikasiyasında, məhkəmə-tibbi ekspertizada və irsi xəstəliklərin diaqnostikasında tətbiqi b.ü.f.d., dosent Ələmdar Məmmədov (Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Genomun quruluşu və ekspressiyası laboratoriyasının müdiri)
  2. Androgenə həssasızlıq sindromu olan uşaqların diaqnostikası və müalicəsiİlhamə Cəfərova (Böyük Britaniya Guys və St Tomas Universitet Hospitalı, London, Tədqiqat və klinik uşaq uroloji cərrahı)

 

Praktiki hissə:

  1. DNT amplifikatorda (Applied Biosystems, 9600) 16 STR-lokusa görə reaksiyanın yığılması və PZR-in aparılması

                                                                       III GÜN

Nəzəri hissə:

  1. İnsanlarda mitoxondri DNT-nin ata xətti üzrə nəslə ötürülməsib.ü.f.d., dosent Səadət Xudaverdiyeva (Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Genomun quruluşu və ekspressiyası laboratoriyasının aparıcı elmi işçisi)

Praktiki hissə:

  1. “DNT analyzer 3130xl” maşında amplikonların kapilyar elektroforez vasitəsilə analizi  və nəticələrin proqram vasitəsilə işlənməsi.