Ana səhifəElanlar sa sa 944
“Horizon Avropa” Proqramı üzrə layihələrin hazırlanması üçün təlimlər keçiriləcək Yan 16, 2023 | 10:00

Avropa Komissiyası (AK) Avropa İttifaqı və Azərbaycan arasında Tədqiqat və İnnovasiya Əməkdaşlığına Dəstək, Azərbaycan tədqiqatçılarının, dövlət və özəl sektorlardan olan mütəxəssislərin “Horizon Avropa” Proqramında uğurlu iştirakının təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir. Bu məqsədlə, AK-nın  ekspertlərinin iştirakı ilə layihələrin hazırlanması üzrə təlimlərin keçirilməsi, həmçinin fərdi məsləhətlərin təşkil edilməsi nəzərdə tutulub.

Layihələrin hazırlanması üzrə 3 günlük təlim “Horizon Avropa” Proqramının 2023-2024-cü illər üzrə nəzərdə tutulmuş çağırışlarına yüksək keyfiyyətli və rəqabətədavamlı layihə təkliflərinin hazırlanması üçün Azərbaycandan olan tədqiqatçılar və innovatorlara köməklik göstərilməsinə yönəldilib. Ekspert məsləhətlərinin təşkilinin məqsədi isə konkret layihə təkliflərinə fərdi dəstəyin göstərilməsidir.

Təlimlər 6-10 fevral 2023-cü il tarixlərində Bakıda keçiriləcəkdir.

Təlimlərdə iştirak etmək istəyənlər buradan qeydiyyatdan keçməlidirlər. 

Əlavə məlumat üçün AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr və xaricdə elmi tədqiqatların (təhsilin) təşkili şöbəsinə müraciət edilə bilər.

Tel.: (+994 12) 492 34 46;

Email : hh.esmal@hotmail.com