Ana səhifəElanlar sa sa 1059
AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Heydər Əliyev İli”nə həsr olunmuş gənc alim və mütəxəssislərin müsabiqəsi keçiriləcək. Mart 17, 2023 | 16:54

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Heydər Əliyev İli”nə həsr olunmuş tədbirlər planı çərçivəsində gənc alim və mütəxəssislərinin müsabiqəsi keçiriləcək. Müsabiqənin əsas məqsədi gənc mütəxəssislərə öz bilik və bacarıqlarını nümayiş etdirmək imkanı yaratmaqla onları həvəsləndirməkdən ibarətdir. Müsabiqədə iştirak edən namizədlərin anket məlumatları, dərc olunmuş elmi əsərləri, yerinə yetirdikləri tədqiqat işlərinin aktuallığı, müasirliyi, metodologiyası, əldə olunan nəticələrin yeniliyi, nəzəri və praktiki əhəmiyyəti nəzərə alınacaqdır.

Müsabiqəyə təqdim edilmiş işlərin qiymətləndirilməsi məqsədilə müsabiqə komissiyası yaradılmış və müsabiqə qaydaları təsdiqlənmişdir. Yaşı 35-ə qədər olan gənclər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən iddiaçılar CV formasını, elmi əsərlərinin siyahısını (nüsxələr əlavə olunmaqla), eyni zamanda elmi tədqiqat işinin aktuallığını, müasirliyini, metodologiyasını, nəzəri və praktiki əhəmiyyətini və s. xüsusiyyətlərini əks etdirən poster (ilkin olaraq elektron formada) təqdim etməlidirlər.

            Müsabiqənin qalibləri pul və sertifikatla mükafatlandırılacaqdır.

Sənədlər 20 aprel 2023-cü il tarixinə kimi müsabiqə komissiyasına təqdim edilməlidir. 

Müsabiqə nəticələrinin açıqlanması və qaliblərin mükafatlandırılması 5 may 2023-cü il tarixində keçiriləcəkdir.