Ana səhifəElanlar sa sa 1139
AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu doktorantura və dissertanturaya qəbul elan edir Apr 04, 2023 | 13:00

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2023-cü il tarixli 261s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2023-cü il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul planı”na əsasən aşağıda göstərilmiş ixtisaslar üzrə qəbul elan edir.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya büdcə hesabına:

2415.01 – “Molekulyar biologiya” – 2 yer (əyani);

2406.02 – “Biokimya” - 1 yer (əyani);

2422.01 – “Biotexnologiya” - 1 yer (əyani);

2411.02 - “Bitki fiziologiyası” – 2 yer (əyani);

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ödənişli əsaslarla:

2415.01 – “Molekulyar biologiya” – 1 yer (əyani);

2422.01 – “Biotexnologiya” - 1 yer (əyani);

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya büdcə hesabına:

2406.02 – “Biokimya” - 1 yer;

Elmlər doktoru proqramı üzrə dissertanturaya büdcə hesabına:

2415.01 – “Molekulyar biologiya” – 1 yer;

 

Sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcəkdir. Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.

Portal.edu.az vasitəsilə müraciətlərin göndərilməsi cari ilin 12 aprel tarixindən başlayacaq və 16 may sənəd qəbulu üçün son tarixdir.

Əlavə məlumat üçün institutun Təhsil şöbəsinə müraciət edin.

Tel.: 050 450 0416