Ana səhifəElanlar sa sa 719
“Fotosintez, ətraf mühit və bitkilərin məhsuldarlığı” mövzusunda “Akademik Cəlal Əliyev qiraətləri” keçiriləcək Noy 01, 2023 | 13:49

16 noyabr 2023-cü il tarixində saat 10:00-da AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun təşkilatçılığı ilə böyük alim və ictimai-siyasi xadim akademik Cəlal Əliyevin 95 illik yubileyinə həsr edilmiş “Fotosintez, ətraf mühit və bitkilərin məhsuldarlığı” mövzusunda “Akademik Cəlal Əliyev qiraətləri” keçiriləcək.

Tədbirdə əsas məruzəçi Macarıstan Elmlər Akademiyasının üzvü, dünya fotosintez tədqiqatları sahəsində görkəmli alim professor Gyozo Garab olacaq. Eyni zamanda tanınmış yerli alimlərin mövzu ətrafında məruzələri dinləniləcək.

Tədbirdə iştirak etmək istəyənlər Ak.Calal.Aliyev.Qiraetleri@gmail.com e-mail ünvanına özləri haqqında məlumatları (elmi dərəcə və elmi ad, ad, soyad, müəssisə, vəzifə, e-mail, telefon) təqdim etməklə qeydiyyatdan keçə bilərlər.