Ana səhifəElanlar sa sa 453
AR ETN SABAH qruplarında (magistratura) professor-müəllim heyəti və mütəxəssislər saathesabı qaydada işə dəvət olunur! Yan 10, 2024 | 15:00

Elm və Təhsil Nazirliyinin SABAH qrupları layihəsinin magistratura səviyyəsində 2023/2024–cü tədris ilinin yaz semestrində müvafiq ixtisaslar üzrə vakant yerlər üçün professor-müəllim heyəti və mütəxəssislər saathesabı qaydada işə dəvət olunur!

Müsabiqədə ən azı üç il ali təhsil pilləsində pedaqoji təcrübəyə və (və ya) sahə üzrə iş təcrübəsinə malik magistr və daha yüksək elmi dərəcəsi olan, tədris edəcəyi fənn və müvafiq ixtisas üzrə təhsilə, hərtərəfli biliyə və müasir ədəbiyyatla tanışlığa malik, mükəmməl səviyyədə İKT və innovativ tədris metodlarını tətbiq edən, eyni zamanda müasir pedaqoji yanaşmaları tətbiq etməyi bacaran, geniş dünya görüşü və SABAH qruplarında müvafiq fənni tədris etməsi üçün xüsusi motivasiyası olan namizədlər iştirak edə bilərlər.

Müsabiqədə iştirak üçün son müraciət tarixi – 14.01.2024-cü il, 23:59

Müsabiqə barədə ətraflı məlumatı linkə ( https://shorturl.at/byU18 ) "Tədbirlər və elanlar" bölməsindən daxil olaraq əldə edə bilərsiniz.

Qeydiyyatınızı tamamladıqdan sonra sənədlərinizin (şəxsiyyət vəsiqəsi, diplomlar və onların nostrifikasiyası, pedaqoji və iş təcrübəsi ilə bağlı müvafiq arayış və ya əmək kitabçası, sertifikat, CV) surətlərini master_teacher@sabah.edu.az ünvanına göndərməyiniz tələb olunur.