Ana səhifəElanlar sa sa 630
AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Gənclər Günü münasibətilə müsabiqə keçiriləcək Yan 23, 2024 | 10:09

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Gənclər Günü münasibətilə gənc alim və mütəxəssislərin müsabiqəsi keçiriləcək. Müsabiqədə 29 yaşa kimi gənclər iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək üçün müvafiq məlumatlar 30 yanvar 2024-cü il tarixinə kimi komissiyaya təqdim olunmalıdır.

Müsabiqədə iştirak üçün tələb olunan məlumatlar:
1. CV forması
2. Elmi əsərlərin siyahısı (Web of Science və Scopus bazalarına daxil olanları göstərməklə)
3. Əsərlərə olan istinadların sayı
4. 2023-cü il ərzində əldə etdiyi elmi nəticələr və onların yeniliyi
5. Elmi-tətqiqat proqramlarında, layihələrdə iştirak
6. Konfranslarda iştirak
7. Təcrübəkeçmədə iştirak
8. Mükafatlar