31 may 2024-cü il saat 14:00-da AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Elşən Rövşən oğlu Məmmədovun 2415.01– Molekulyar biologiya ixtisasında “Azərbaycan populyasiyasında polimorfizmin STR markerlərlə tədqiqi” mövzusunda biologiya elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin yekun müdafiəsi keçiriləcək.