Ana səhifəElanlar sa sa 646
Gənclər Günü münasibətilə gənc tədqiqatçıların müsabiqəsi keçiriləcək Yan 14, 2025 | 12:29
2 fevral- Gənclər günü münasibətilə AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda fəaliyyət göstərən gənc tədqiqatçıların müsabiqəsi keçiriləcək. Müsabiqədə 29 yaşa qədər gənclər iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək üçün müvafiq məlumatlar 27 yanvar 2025-ci il tarixinə kimi komissiyaya təqdim olunmalıdır.
 
Müsabiqədə iştirak üçün tələb olunan məlumatlar:
1. CV
2. Elmi əsərlərin siyahısı (Web of Science və Scopus bazalarına daxil olanları göstərməklə)
3. Elmi-tədqiqat proqramlarında, layihələrdə iştirak
4. Konfrans və təlimlərdə iştirak (iştirakın formasını qeyd etməklə)
5. Cari ildə aldıqları mükafat, sertifikat və s.