“İn vitro şəraitində təcrid edilmiş buğda kulturasında epigenetik dəyişikliklərin öyrənilməsi” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək
Fev 28, 2025 | 17:04
4 mart 2025-ci il tarixində saat 12:00-da AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Bitki biotexnologiyası laboratoriyasının elmi işçisi Günay İlman qızı İsmayılovanın 2422.01 – “Biotexnologiya (o cümlədən bionanotexnologiyalar)” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “İn vitro şəraitində təcrid edilmiş buğda kulturasında epigenetik dəyişikliklərin öyrənilməsi” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçiriləcəkdir.
Arzu edənlər iştirak edə bilərlər.