MBBİ-də növbəti elmi seminar keçiriləcək
May 04, 2025 | 19:00
Mayın 6-da saat 14:00-da AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda elmi seminar keçiriləcək. Seminarda Qazi Universitetinin doktorantı, MBBİ-nin Bioadaptasiya laboratoriyasının kiçik elmi işçisi Gülmirə Əlibəyova "Toksikliyin molekulyar əsasları, toksiki reaksiyalarla əlaqəli transkripsiya, translyasiya və siqnal ötürülmə yollarında dəyişikliklər" mövzusunda çıxış edəcək.
Arzu edənlər iştirak edə bilərlər.