KONFRANS HAQQINDA İNFORMASİYA
AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, AR KTN Əkinçilik Elmi Tədqiqat İnstitutu və Almaniya Federativ Respublikası Osnabruk Tətbiqi Elmlər Universitetinin Bitkilərin Seleksiyası Departamentinin birgə təşkilatçılığı ilə “Rəqəmsal və GWAS əsaslı texnologiyaların tətbiqi ilə buğdanın yaxşılaşdırılması” mövzusunda beynəlxalq konfrans və tarla seminarı keçiriləcəkdir.
Tədbirin keçirilməsində məqsəd iqlim dəyişiklikləri fonunda dayanıqlı ərzaq təhlükəsizliyinin təmin edilməsində ən müasir rəqəmsal fenotipləmə və yeni nəsil genom texnologiyaların tətbiqi ilə davamlı rüşeym plazmasının seçilərək seleksiya proqramlarında istifadəsi istiqamətində geniş müzakirə və fikir mübadiləsi platforması yaratmaq, eyni zamanda bu yanaşmalarla aparılan tədqiqatların təcrübə sahələrini və alınan nəticələri əyani nümayiş etdirməkdən ibarətdir.
Konfrans və tarla seminarının keçirilmə tarixi: 12-13 iyun 2025-ci il
Tezislərin göndərilməsi üçün son tarix: 30 may 2025-cü il
Konfrans AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun akt zalında (İzzət Nəbiyev küç., 11), Tarla seminarı AR KTN Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında (Qobustan rayonu, Qobustan şəhəri) keçiriləcəkdir.
Konfransın əsas elmi istiqamətləri:
Tezislər timbb@imbb.science.az elektron ünvanına göndərliməlidir
Əlaqə tel.: +994 50 338 15 71
Konfransın dili: Azərbaycan və ingilis dilləri
Tezisin göndərildiyi elektron məktubun mövzu yerində “Konfrans-GWAS” sözlərinin yazılması tələb olunur.
Tezis faylının (vord) adı birinci müəllifin latın hərfləri ilə yazılmış soyadı ilə başlanmalıdır.
TEZİSLƏRİN TƏRTİBİ QAYDALARI
Tezisin adından yuxarıda sağdan aid olduğu seksiyanın nömrəsi göstərilir və sonra bir sətir buraxılır.
Tezisin mətni:
Tezislər Word A4 formatında, Arial 12 pt şrifti ilə (sahələr: hər tərəfdən 2 sm qoyulmaqla), sətirlərarası 1.15 olmaqla, ən çoxu 2 səhifə həcmində olmalıdır.
Abzaslar arasında məsafə qoyulmur, mətn hər iki tərəfdən düzləndirilir.
Tezisin adı ortadan böyük hərflərlə BOLD (qara) şriftlə, bir sətir buraxdıqdan sonra növbəti sətirdə ortadan BOLD şriftlə tezisin məliflərinin ad və soyadları (baş hərfləri böyük; ad açıq yazılır), bir sətir buraxdıqdan sonra otradan kursivlə hər müəllifin iş yeri, ölkəsi, əlaqə saxlanılacaq müəllifin e-mail ünvanı verilir (bu şəxsin soyadından sonra və e-mail ünvanından əvvəl yuxarıda * işarəsi qoyulur.
Bir sətir buraxıldıqdan sonra abzasdan (abzas - 1 sm) adi şriftlə əsas mətn başlanır.
Tezislər orijinal tədqiqat işlərinin nəticələrini əks etdirməlidir. Tezis təqdim edən şəxslər konfransda çıxış etməlidirlər.
Tezisdə ədəbiyyat siyahısı, şəkillər və cədvəllər verilmir.
Tezislər plaqiat proqramında yoxlanılacaqdır.
Tezislər təşkilat komitəsinin dəyərləndirməsindən sonra nəşr üçün qəbul ediləcəkdir. Tələblərə uyğun olmayan tezislər çap olunmayacaq.