Ana səhifəElanlar sa sa 530
AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu doktoranturaya qəbul elan edir May 14, 2025 | 19:00

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 may 2025-ci il tarixli 275s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatlarının 2025-ci il üçün doktorant hazırlığı üzrə qəbul planı”na əsasən aşağıda göstərilmiş ixtisaslar üzrə qəbul elan edir.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya büdcə hesabına:

2415.01 – “Molekulyar biologiya” – 2 yer (əyani);

2406.02 – “Biokimya” - 1 yer (əyani);

2422.01 – “Biotexnologiya (o cümlədən bionanotexnologiyalar)” - 2 yer (əyani);

2424.01 - “Riyazi biologiya, bioinformatika” – 1 yer (qiyabi);

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ödənişli əsaslarla:

2415.01 – “Molekulyar biologiya” – 1 yer (əyani);

2422.01 – “Biotexnologiya (o cümlədən bionanotexnologiyalar)” - 1 yer (əyani);

 

Sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcəkdir. Sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytı vasitəsilə 13.05.2025 – 02.06.2025-ci il tarixlərində təlimata uyğun olaraq qeydiyyatdan keçməlidirlər.

Əlavə məlumat üçün institutun Təhsil şöbəsinə müraciət edin.

Tel.: 050 450 0416