MBBİ-də "Molekulyar biologiya" ixtisası üzrə dissertasiya işinin müdafiəsi keçiriləcək
İyn 24, 2025 | 11:00
30 iyun 2025-ci il saat 11:00-da AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.25 Dissertasiya Şurasında Turanə Yaşar qızı İsgəndərovanın 2415.01 – Molekulyar biologiya ixtisasında “Flaq yarpağın təbii və quraqlıqla induksiya olunan qocalması zamanı buğdada antioksidant sistemin, ultrastruktur xüsusiyyətlərin və bəzi genlərin ekspressiyasının tədqiqi” mövzusunda biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçiriləcək.
Arzu edənlər iştirak edə bilər.