İCARDA ekspertlərinin rəhbərliyi ilə MBBİ-də biostatistika üzrə təlim kursu keçiriləcək
Sen 12, 2025 | 04:08
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 22–26 sentyabr 2025-ci il tarixlərində ICARDA (Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəz) ilə birgə əməkdaşlıq çərçivəsində Biostatistika üzrə təlim kursu təşkil olunacaqdır. Bu kursun məqsədi gənc tədqiqatçıları R proqramlaşdırma dili və bitki genetikasının əsas anlayışları ilə tanış etməkdir. Təlim ingilis dilində keçiriləcəkdir.
Daha ətraflı məlumat üçün Plant Genetics Course Website saytına müraciət edə bilərsiniz.