Molekulyar Biologiya Institutunda “Dayanıqlı urban sistemləri: ekologiya, texnologiyalar və sağlamlıq vektorları” mövzusunda elmi sessiya keçiriləcək
May 12, 2026 | 06:45
15 may 2026-cı il tarixində saat 10:00-da AR ETN Molekulyar Biologiya İnstitutunun (MBİ) Böyük akt zalında (Ünvan: Bakı şəhəri, İzzət Nəbiyev küç., 11.) MBİ-nin və AMEA Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə və Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına həsr olunmuş “Dayanıqlı urban sistemləri: ekologiya, texnologiyalar və sağlamlıq vektorları” mövzusunda elmi sessiya keçiriləcəkdir. BTEB-in üzvlərinin iştirakı vacibdir.