Doktoranturaya qəbul elan edilib
May 18, 2026 | 20:00
AR ETN Molekulyar Biologiya İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2026-cı il tarixli 320s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatlarının 2025-ci il üçün doktorant hazırlığı üzrə qəbul planı”na əsasən aşağıda göstərilmiş ixtisaslar üzrə qəbul elan edir.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya büdcə hesabına:
2415.01 – “Molekulyar biologiya” – 2 yer (əyani);
2406.02 – “Biokimya” -2 yer (əyani);
2422.01 – “Biotexnologiya (o cümlədən bionanotexnologiyalar)” - 2 yer (əyani);
2424.01 - “Riyazi biologiya, bioinformatika” – 1 yer (qiyabi);
2406.01- “Biofizika” -1 yer (qiyabi);
2415.01 – “Mikrobiologiya” – 1 yer (əyani)
2430.01 – “Mikologiya” – 1 yer (əyani)
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ödənişli əsaslarla:
2415.01 – “Mikrobiologiya” – 1 yer (qiyabi);
Doktoranturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada (portal.edu.az vasitəsilə 19.05.2026-cı il tarixindən 3 həftə müddətinə) həyata keçirilir.
Əlavə məlumat üçün institutun Təhsil şöbəsinə müraciət edin.
Tel.: 050 3381571