Ana səhifəElanlar sa sa 22
15–16 oktyabr 2026-cı il tarixlərində doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı keçiriləcək Avg 04, 2026 | 17:00

Naxçıvan Dövlət Universitetində 15–16 oktyabr 2026-cı il tarixlərində keçiriləcək doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransına (NASCO 29) sənəd qəbulu 1 oktyabr 2026-cı il tarixinədək davam edir. Konfransda iştirak həm əyani, həm də distant formatda nəzərdə tutulur. Hər bir elm və təhsil müəssisəsi üzrə iştirakçıların 30 faizinin distant (onlayn videokonfrans vasitəsilə) formatda iştirakı mümkündür. Distant iştirakla bağlı müraciətlərə baxılarkən məqalələrin tədqiqat istiqamətləri nəzərə alınacaqdır.