AR ETN Molekulyar Biologiya İnstitutunda fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslərin nəzərinə!
Avg 20, 2026 | 18:00
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən xarici dil imtahanından keçid balını toplamış şəxslər fəlsəfə fənni üzrə qəbul imtahanında iştirak etmək hüququ əldə edirlər.
2026-cı il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul çərçivəsində “Fəlsəfə” fənnindən Bakı Dövlət Universitetində qəbul imtahanı verəcək iddiaçıların nəzərinə!
Qəbul imtahanının tarixi:
02 sentyabr 2026-cı il
Saat:
14:00
Ünvan:
Bakı Dövlət Universiteti
2 nömrəli tədris binası, Auditoriya № 309