Ana səhifəElanlar sa sa 27
AR ETN Molekulyar Biologiya İnstitutu məktəblilər arasında “Mikroorqanizmlər uşaqların gözü ilə” mövzusunda IV Respublika müsabiqəsini elan edir! Okt 19, 2026 | 19:26

Müsabiqə ümumi təhsil müəssisələrinin V–XI sinif şagirdləri arasında keçirilir. Müsabiqədə iştirak etmək üçün şagirdlər mikroorqanizmlərin (bakteriyaların, göbələklərin və s.) vizual təsvirini, onların faydalı və zərərli xüsusiyyətlərini, təbiətdəki rolunu və digər xüsusiyyətlərini əks etdirən əl işlərini (rəsm, tikiş, maket, ağac üzərində oyma, model və s.) təqdim edə bilərlər. Əl işləri əyani və ya onlayn formada (skan edilməsi mümkün olan işlər) qəbul edilir. Əl işləri aşağıdakı ünvana göndərilməli, yaxud təqdim edilməlidir: AZ1004, Bakı şəhəri, Səbail rayonu, A. Abbaszadə küçəsi, 115; E-mail: azmbi@mail.ru

Müsabiqəyə təqdim olunan əl işləri 01 dekabr 2026-cı il tarixinədək qəbul edilir.

Təqdim olunan əl işləri münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qaliblər diplom və pul mükafatı ilə təltif olunacaq, bütün iştirakçılara isə sertifikat təqdim ediləcək.

Müsabiqənin yekun tədbirinin keçiriləcəyi tarix və vaxt barədə iştirakçılara əvvəlcədən məlumat veriləcək. Yekun tədbir AR ETN Molekulyar Biologiya İnstitutunun əsas binasında (AZ1073, Bakı şəh., İzzət Nəbiyev küç., 11; Tel. (012) 538-11-64; E-mail: imbb@science.az) keçiriləcək.

 

Əlavə məlumat üçün əlaqə telefonu: (012) 502-44-70; (055) 820 01 42

E-mail: pervane.0204@gmail.com