Noyabrın 6-da Molekulyar Biologiya İnstitutunda “Biokimya” ixtisası üzrə dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək
Noy 04, 2026 | 15:31
6 noyabr 2026-ci il tarixində saat 9:30-da AR ETN-nin Molekulyar Biologiya İnstitutunda Fotobioenergetika və yaşıl enerji laboratoriyasının elmi işçisi Mehriban Sakit qızı Şabanovanın 2406.02 – Biokimya ixtisasında biologiya ürzə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Yeni sintez olunmuş (CUL2) BR2 metal-üzvü kompleksin Fotosistem II-yə inhibirləşdirici təsir mexanizminin tədqiqi” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək.
Arzu edənlər iştirak edə bilərlər.