Molekulyar Biologiya ixtisası üzrə dissertasiya işinin elmi seminarda müzakirəsi keçiriləcək
Noy 16, 2026 | 12:50
17 noyabr 2026-cı il tarixində saat 15:00-da AR ETN Molekulyar Biologiya İnstitutu PHŞ -nin Bioadaptasiya laboratoriyasının elmi işçisi Səidə Tofiq qızı Zülfüqarovanın 2415.01 -“Molekulyar Biologiya” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Stresə həssaslığına görə fərqlənən buğda (Triticum aestivum L.) genotiplərində istilik şoku zülallarının və antioksidant fermentlərin genlərinin ekspressiyasının tədqiqi” mövzusunda dissertasiya işinin elmi seminarda müzakirəsi keçiriləcək.