Ana səhifəElanlar sa sa 30
Molekulyar Biologiya İnstitutunda “Biofizika” ixtisası üzrə doktorluq dissertasiyasının ilkin müzakirəsi keçiriləcək Noy 19, 2026 | 15:00

20 noyabr 2026-ci il tarixində saat 10:30-da AR ETN-nin Molekulyar Biologiya İnstitutu PHŞ -nin dissertantı Leylaxanım Ərəstun qızı Məlikovanın 2406.01 – “Biofizika” ixtisasında biologiya elmləri doktoru elmi dərəcəsi almaq üçün “Onkologiyada multidissiplinar yanaşmalar: cfDNT və ctDNT-nin kliniki əhəmiyyətinin fərdiləşdirilmiş müalicədə qiymətləndirilməsi” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək.

Arzu edənlər iştirak edə bilərlər.