Ana səhifəElanlar sa sa 2819
2020-ci ilin ilk 3 ayı ərzində magistratura və doktoranturaya qəbul imtahanlarının vaxtı açıqlanıb Yan 17, 2020 | 09:36

2020-ci ilin ilk 3 ayı ərzində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi nəzərdə tutulan magistratura və doktoranturaya qəbul imtahanları, eləcə də sınaq imtahanlarının tarixləri müəyyən olunub.

Belə ki, yanvarın 26-da doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün xarici dil üzrə imtahan keçiriləcək. Fevralın 2-də magistraturaya qəbul olmaq istəyənlər üçün kağız daşıyıcılar vasitəsilə sınaq imtahanı keçiriləcək.

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının isə fevralın 23-də keçirilməsi nəzərdə tutulur.

Digər imtahanların qrafiki ilə buradan tanış ola bilərsiniz.

www.science.gov.az