Ana səhifəElanlar sa sa 2915
Magistraturaya sınaq imtahanı üçün qeydiyyat başlanıb Yan 21, 2020 | 14:45

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2020-ci il fevralın 2-də ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək. 

Sınaq imtahanı qəbul imtahanı modeli əsasında təşkil olunacaq. İmtahanlar Bakı şəhəri ilə yanaşı, Gəncə və Naxçıvan şəhərlərində də baş tutacaq.

Sınaq imtahanında iştirak etmək istəyənlər bu gündən başlayaraq yanvarın 27-si saat 11:00-dək DİM-in internet saytında qeydiyyatdan keçməlidirlər.

www.science.gov.az