Ana səhifəElanlar sa sa 2771
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) magistr təhsil pilləsi üçün təqaüd proqramları elan edilib Fev 19, 2020 | 10:36

2020-ci il üzrə Koreyanın bir sıra Universitetlərində 5 (beş) sahə üzrə magistr təhsil pilləsi üçün Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) təqaüd proqramları elan edilib. Azərbaycan tərəfindən 4 (dörd) nəfər namizəd irəli sürülə bilər. 

Namizədlərə qoyulmuş ümumi tələblərə görə iştirakçılar:

  • Təhsil alacağı sahə üzrə ən azı 2 il iş təcrübəsinə malik dövlət sektorunda çalışanlar olmalıdır;
  • Tamamlanmış bakalavr dərəcəsi və ya ekvivalent Universitet/kollec səviyyəli təhsil dərəcəsinə malik şəxs olmalıdır;
  • Şifahi və yazılı şəkildə mükəmməl ingilis dili bacarığına malik olmalı və ingilis dilində akademik hesabatlar və tezislər yaza bilməlidir;
  • Fiziki və əqli cəhətdən sağlam olmalıdır;
  • 40 yaşdan aşağı olan müraciətçilərə üstünlük verilir (01.02.2020-ci il tarixinədək)
  • Əvvəllər KOİCA təqaüd proqramı da daxil olmaqla, Koreya dövlətinin heç bir təqaüd proqramında (magistr proqramında) iştirak etməmiş şəxs olmalıdır;
  • KOİCA təqaüd proqramından çıxarılmış şəxs olmamalıdır.

Ümumi tələblərdən başqa namizədlər proqram üzrə irəli sürülən xüsusi tələblərə də cavab verməlidir. Universitetin şərtləri barədə "Proqram haqqında Məlumat" məlumatlar http://www.koica.go.kr/ciat/index.do (Menu: Bar-Stay Connected-Notice) linkdən əldə edilə bilər. 

Namizədlər barədə məlumatların 26.02.2020-ci il tarixinədək AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinə göndərilməsi xahiş olunur.

Əlaqə: Orxan Məmmədov - 4975338

Qoşma 33 vərəq.

Hörmətlə,                                                              

AMEA Rəyasət Heyəti aparatı

Xarici əlaqələr idarəsinin rəisi,

biologiya üzrə fəlsəfə doktoru                                                                                                  Esmira Əlirzayeva