Ana səhifəElanlar sa sa 2935
ELAN Mart 13, 2020 | 17:36

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin koronavirusla bağlı profilaktik tədbirlər haqqında 11.03.2020-ci il tarixli sərəncamına əsasən, Mərkəzi Elmi Kitabxana (MEK) oxuculara, əməkdaşlara və AMEA-nın digər müəssisələrinin işçilərinə tibbi xidmət göstərməyə hazırdır.

MEK-də İlk Tibbi Yardım otağı əməkdaşları və oxucuları qəbul etməyə hazırdır. Simptomları ilə koronavirusa oxşar xəstə əməkdaşlara və oxuculara aşağıdakı tibbi xidmətlər təklif oluna bilər:

- Şikayətin toplanılması (anamnez);

- Bədən hərarətinin ölçülməsi;

- Boğazın müayinəsi;

- Steril tənziflərin (maskaların) verilməsi;

- Təhlükəsiz davranış üzrə təlimatlandırma (çap formatda);

- Simptomatik müalicə;

- MEK-in ərazisinin müntəzəm olaraq sanitar-gigiyenik işlənilməsi.

Qeyd edək ki, kitabxanada 19 mart 2020-ci il tarixində əsaslı sanitar-dezinfeksiya işlərinin aparılması nəzərdə tutulub.

www.science.gov.az