Tofiq İdris oğlu Allahverdiyev 
| Anadan olduğu yer | Ağdam rayonu Gülablı kəndi |
| Təvəllüdü | 05.10.1968 |
| Bitirdiyi ali təhsil müəssisəsi | N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universiteti |
| Elmi dərəcəsi | Biologiya elmləri doktoru |
| Elmi rütbəsi | dosent |
| Fəlsəfə doktoru dissertasiyasının ixtisas şifri, ixtisasın adı və mövzusu | 2406.02- Biokimya “C4 bitkisi olan amarant (Amaranthus cruentus L.) yarpaqlarının fosfoqliseratkinazası” |
| Doktorluq dissertasiyasının ixtisas şifri, ixtisasın adı və mövzusu | 2411.02- Bitki fiziologiyası “Buğda genotiplərinin quraqlığa davamlılığının fizioloji xüsusiyyətləri və davamlı genotiplərin aşkar olunması” |
| Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı | 130 |
| Xaricdə çıxmış elmi əsərlərinin sayı | 55 |
| Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı | 12 |
| Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı |
|
| Kadr hazırlığı: fəlsəfə doktorlarının sayı elmlər doktorlarının sayı |
|
| Əsas elmi nailiyyətləri | Elmi fəaliyyətim C4 bitkisi olan amaranth (Amaranthus cruentus L) yarpaqlarından Kalvin tsiklinin mühüm fermenti olan fosfoqliseratkinaza fermentinin ayrılmasına, təmizlənməsinə, fiziki-kimyəvi xassələrinin öyrənilməsinə, C3 bitkisi olan buğda bitkisinin yerli sortlarının və introduksiya olunmuş xəttlərinin quraqlıq stresinə davamlılığının fizioloji, biokimyəvi, aqronomik xüsusiyyətlərinin tədqiqinə həsr olunmuşdur. Elmi tədqiqatlarımı AMEA Botanika İnstitutunun Məhsuldarlıq proseslərinin molekulyar genetik əsasları şöbəsində (hazırkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya İnstitutu PHŞ) Kənd Təsərüfatı Nazirliyi Əkinçilik Elmi Tədqiqat İnstitutunda, AR ETN Genetik Ehtiyatlar İnstitutu, Macarıstan Elmlər Akademiyasının Bioloji Tədqiqatlar Mərkəzi Bitki Biologiyası İnstitiunda həyata keçirmişəm. Alınan əsas nəticələr aşağıdakılardır: 1. Müəyyən olunmuşdur ki, fosfoqliseratkinaza fermenti C4 bitkilərinin mezofil və ötürücü topaların örtük hüceyrələrinin xloroplast və sitoplazmasında lokalizə olunmuşdur. 2. Amarant yarpaqlarında fosfoqliseratkinaza fermentinin 2 izoforması vardır. 1-ci izoforma ümumi aktivliyin 88,5%, 2-ci izoforma 11,5% paya malikdir. 3. Amarant yarpaqlarından ayrılmış və təmizlənmiş fosfoqliseratkinaza fermentinin molekul kütləsi 41 kDa təşkil edir. 4. Fosfoliseratkinaza fermentinin aktivliyi üçün Mg2+ ionları vacibdir. Fosfoqliseratkinaza fermenti substratları olan 3-fosfoqliserin turşusu və MgATF2- münasibətdə qeyri-xətti kinetika göstərir. MgATF2- nin yüksək qatılıqları fermentin aktivliyini inhibə edir. Fermentin Mixaelis sabitləri (Km) fosfoqliserin turşusuna görə 0,95mM, MgATF2- görə 0,33 mM təşkil edir. SO42- ionları amarant yarpaqlarından ayrılmış fosfoqliseratkinaza aktivliyini inhibə edir. 5. Buğda genotiplərinin yerüstü quru biokütləsinin dinamikası tədqiq edilmiş və bu əlamətə görə genotipik müxtəliflik aşkar edilmişdir. Sünbülləmə fazasına qədər yerüstü hissənin daha böyük quru biokütləsi Qaraqılçıq 2, Vüqar, Tərtər, Qırmızı buğda, Qobustan, Əkinçi-84, Qiymətli 2/17, Qırmızı gül 1, Tale 38, Ruzi 84 və Pirşahin 1 genotiplərində formalaşmışdır. Vahid sahədə quru biokütlənin daha çox artması Qırmızı gül 1 genotipində müəyyən olunmuşdur (42,7 q m-2 gün-1) və bitkinin yerüstü hissəsinin quru biokütləsi ilə məhsuldarlıq arasında müsbət reqressiya əlaqəsi aşkar olunmuşdur. 6. Ontogenezdə suvarma və quraqlıq stresi şəraitində buğda genotiplərinin fotosintetik qaz mübadiləsi göstəriciləri (fotosintezin sürəti, ağızcıqların keçiriciliyi, hüceyrəarası sahələrdə CO2 qatılığı, transpirasiya sürəti) tədqiq edilmiş və bu göstəricilərin sünbülləmə-çiçəkləmə fazasında daha yüksək olduğu müəyyən edilmişdir. Göstərilmişdir ki, quraqlıq stresi şəraitində fotosintezin sürətinin azalması ağızcıqların keçiriciliyinin mezofil keçiriciliyinin azalması hesabına baş verir və fotosintezin sürətinin tənzimlənməsində mezofil keçiriciliyi ağızcıqların keçiricilindən üstün rola malikdir. Tərtər, Qiymətli 2/17, Tale 38, 4thFEFWSNN50 genotipləri ağızcıqların daha yüksək keçiriciliyi, fotosintez və transpirasiyanın daha yüksək sürəti ilə xarakterizə olunur. Fotosintezin sürəti ilə genotipin böyümə sürəti və məhsuldarlıq arasında müsbət asılılıq müəyyən olunmuşdur. Müəyyən olunmuşdur ki, quraqlıq stresi duz stresi ilə müqayisədə fotosintetik qaz mübadiləsi göstəricilərinin daha çox azalmasına səbəb olur. 7. Quraqlıq stresi fotosintezedici piqmentlərin (Xl a, b və karotinoidlər) miqdarının, nisbi su tutumunun azalmasına səbəb olur və daha çox azalma Qaraqılçıq 2, Əlincə 84, Tərtər, Qiymətli 2/17, Əkinçi 84, Ruzi 84 genotiplərində baş verir. Yarpaqlarda Xl (a+b) miqdarı ilə nisbi su tutumu arasında müsbət korrelyasiya əlaqəsi müəyyən olunmuşdur. 8. Su stresi şəraitində assimilyasiya sahəsinin və quru maddənin bitkinin müxtəlif orqanları arasında paylanmasında adaptiv dəyişikliklər müəyyən edilmişdir. Göstərilmişdir ki, su çatışmazlığına cavab olaraq yarpaqların qocalması sürətlənir və assimilyasiya sahəsinin azalması baş verir. Gövdənin assimilyasiya sahəsinin artması dənin formalaşması fazasına kimi, quru maddənin toplanması dənin süd yetişməsi fazasına kimi davam edir. Fotoassimilyatların dənə daşınması hesabına gövdənin quru kütləsinin azalması digər genotiplərlə müqayisədə daha az Qırmızı buğda, Dağdaş və Saratovskaya 29 genotiplərində baş verir və bu genotiplərdə məhsul indeksinin azalmasına səbəb olur. Stresə məruz qalmış bitkilərdə quru maddənin yarpaqlar, gövdə və sünbülün vegetativ hissələrindən dənə daşınması sürətlənir. 9. Aşkar edilmişdir ki, quraqlıq stresi şəraitində hüceyrədə osmotik tənzimləmədə iştirak edən prolinin miqdarı artır. Su stresinə cavab olaraq prolinin miqdarı Qaraqılçıq-2, Tərtər, Qırmızı gül 1, Tale 38 genotiplərində 4-6 dəfəyə qədər artmışdır. 10. Müəyyən edilmişdir ki, Şərq, Qırmızı buğda, Qobustan, Tale 38, 4thFEFWSNN50, Dağdaş, Saratovskaya 29 genotipləri qaz mübadiləsinin daha yaxşı tənzimlənməsi yolu ilə bitkinin temperaturunun ətraf mühitin temperaturundan kifayət qədər aşağı qalmasını təmin etmək qabiliyyətinə malikdirlər. 11. Müəyyən edilmişdir ki, quraqlıq stresi şəraitində 1m2-də sünbüllərin sayı, sünbülün kütləsi, 1000 dənin kütləsi, bioloji məhsuldarlıq quraqlığa daha həssas, bitkinin boyu, sünbülün uzunluğu və eni, sünbüldə sünbülcüklərin sayı isə nisbətən az həssas məhsul komponentləridir. Quraqlıq stresi şəraitində dən məhsuldarlığı ilə 1m2-də sünbüllərin sayı, bioloji məhsuldarlıq və məhsul indeksi müsbət korrelyasiya göstərmişdir. Yumşaq buğdalarla müqayisədə bərk buğdaların dən məhsuldarlığı və məhsul komponentləri quraqlıq stresinə daha həssasdır. Aşkar edilmişdir ki, Bərəkətli 95, Qırmızı gül, Tale 38 genotipləri daha yüksək potensial məhsuldarlığa malikdirlər. Suvarma və quraqlıq stresi şəraitində stabil məhsul formalaşdrıran genotiplər müəyyən olunmuşdur.
|
| Elmi əsərlərinin adları | 1. Аллахвердиев Т.И. Фосфоглицератки-наза листьев амаранта. Известия Национальной Академии Наук Азербайджана. Серия биологические науки. 2002, №1-6, с.127-139. 2. Аллахвердиев Т.И. Химический состав зерна коллекционных образцов ржи (Secale L.). Аграрная Наука, Журнал Межгосударственного Совета по Аграрной науке и информации стран СНГ, Москва, 2012, №6, с. 21-23 3. Allahverdiyev T.I., Talai J.M, Huseynova I.M, Aliyev J.A. Effect of drought stress on some physiological parameters, yield and yield components of durum (Triticum durum Desf.) and bread (Triticum aestivum L.) wheat genotypes. Ekin Journal of Crop Breeding and Genetics. 2015, v.1, No1, 50-62. 4. Allahverdiyev T.I. Effect of drought stress on some physiological traits of durum (Triticum durum Desf.) and bread (Triticum aestivum L.) wheat genotypes. Journal of Stress Physiology and Biochemistry, 2015, v. 11, No1, 29-38. 5. Allahverdiyev T.I. Physiological Traits of Durum Wheat (Triticum durum Desf.) and Bread Wheat (Triticum aestivum L.) genotypes under Drought Stress. Agricultural Sciences, 2015, v.6, No 8, p.848-859. 6. Allahverdiyev T.I. Impact of soil water deficit on some physiological parameters of durum and bread wheat genotypes. Agriculture and Forestry, 2016, v.62, No1, p.131-144. 7. Allahverdiyev T.I. Yield and yield traits of durum wheat (Triticum durum Desf.) and bread wheat (Triticum aestivum L) genotypes under drought stress. Genetika, 2016, v.48, No2, p.717-727. 8. Huseynova İ.M., Allahverdiyev T.I., Babayev H.G., Aliyeva D.R., Rustamova S.M., Aliyev J.A. Chapter 30. Wheat: Aproaches to improve under water stress. In Water Stress and Crop Plants: A Sustainable Approach, volume 2 Editedby Parvaiz Ahmad Wiley Blackwell, p.506-542. 9. Nagy E., Kenny P., Kondic-Spika A., Grausgruber H., Allahverdiyev T.I., Sass L., Vass I., Pauk J Testing drought and salt stress tolerance of wheat varieties in a greenhouse phenotyping system. Novenytermeles (in hungarian), 66 (2), 2017, p.69-87. 10. Allahverdiyev T., Huseynova I. Influence of water deficit on photosynthetic activity, dry matter partitioning and grain yield of different durum and bread wheat genotypes. Cereal Research Communications, 45(3), pp.432-441,2017, DOi:10.1556/0806.45.2017.029 11. Allahverdiyev T.I., Talai J.M., Huseynova I.M. Adaptive changes in physiological traits of wheat genotypes under water deficit conditions. Applied Ecology and Environmental Research 16(1): 791-806, 2018. 12. Tofig Allahverdiyev, Atabey Jahangirov, Javanshir Talai, Irada Huseynova Dry matter remobilization, yield and yield components of durum (Triticum durum Desf.) and bread (Triticum aestivum L.) wheat genotypes under drought stress. Pakistan Journal of Botany, vol 50 (5): 1745-1751, 2018. 13. Allahverdiyev T.I. Gas exchange parameters of wheat genotypes under drought stress conditions. Transductions of the İnstitute of Molecular Biology and Bioechnologies, ANAS, vol. 2. p.76-82, 2018. 14. Paul K, Pauk J, Kondic-Spika A, Grausgruber H, Allahverdiyev T, Sass L and Vass I Co-occurence of mild salinity and drought synergistically enhances biomass and grain retardation in wheat. Front, Plant Sci. 10:501. doi: 10.3389/fpls.2019.00501. 15. Jahangirov A.A, Talai J.M,Huseynova I. M. Study of remobilization of winter bread wheat (Triticum aestivum L.) under rainfed conditions. Applied Ecology and Enviro. Research, 2019, 17(3): 6981-6987.doi:http://dx.doi.org/10.15 666/acer/ 1703_69816987 16. Gurbanova U.A, Allahverdiyev T.I., Babayev H.G., Bayramov Sh.M., and Huseynova I.M. Interaction of Photosynthesis, Productivity and Environment. In book: Photosynthesis, Productivity and Environmental Stress. DOI:10.102/9781119501800.ch14, 2019, p.283-314. 17. Allahverdiyev T.İ., Hacıyeva S. Buğda bitkisinin böyümə və inkişaf fazaları. Metodiki vəsait. Azprint MMC, 2021, 25 s. 18. Atabey Jahangirov, Tofig Alahverdiyev, Irada Huseynova, Hamid Hamidov Some morpho-logical and physiological traits of bread wheat genotypes grown under irrigated, rain-fed and drought conditions. Cereal Research Communications (2022). https://doi.org/10.1007/ s42976-022-00270-5 19. Tofiq Allahverdiyev, İradə Hüseynova Buğdanın quraqlığa davamlılığının fizioloji əsasları. Qanun nəşriyyatı, 2022, 287 s. 20. Allahverdiyev T.I. Effect of drought stress on some biochemical and physiological parameters of bread wheat genotypes. Transactions of the Institute of Molecular Biology and Biotechnologies MSE AR, v.8(2), p.60-64, 2024. DOI: 10.62088/timbb/8.2.9. 21. Allahverdiyev T.I., Jahangirli S.N. Study of some agronomical parameters of bread wheat lines introduced from CIMMYT. Журнал Субтропическое и декоративное садоводства, 2025, Russia, №92,ст.83-96, Doi.10.31360/2225-3068-2025-92-83-96. 22. Allahverdiyev T.I., Rzayev, F.H., Gasimov, E.K., Huseynova I.M. Effect of drought stress on some biochemical parameters and ultrastructure of bread wheat genotypes. Cereal Research Communications (2025).https://doi.org/10.1007/s42976-025-00681-0
|
| Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü |
|
| Pedaqoji fəaliyyəti | AMEA Molekulyar Biologiya və Biotexnologiyalar |
| Digər fəaliyyəti | Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının Biologiya və Aqrar Elmlər üzrə Ekspert Şurasının üzvü |
| Təltif və mükafatları | “Ən yaxşı poster təqdimatı” üzrə mükafat Davamlı İnkişaf üçün Fotosintez Tədqiqatları Beynəlxalq Konfrans, Bakı, 2011, 24-30 iyul |
| İş yeri və ünvanı | Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi Tədqiqat İnstitutu (AZ1098, Bakı ş., Pirşağı, Sovxoz 2) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya İnstitutu PHŞ (AZ1073, Bakı ş., İzzət Nəbiyev 11) |
| Vəzifəsi | Əkinçilik Elmi Tədqiqat İnstitutu, Bitki fiziologiyası şöbəsinin müdiri Molekulyar Biologiya İnstitutu, Bioadaptasiya laboratoriyasının baş elmi işçisi |
| Xidməti tel. | +994(12) 551-61-30 +994(12) 538-11-64 |
| Mobil tel. | +994(50) 463-19-89 |
| Ev tel. | +994(12) 563-36-28 |
| Faks | +994(12) 551-61-30 |
| Elektron poçtu | tofiqa896@gmail.com |