Kitabça Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda, Zaqatala, Tərtər Bölgə Təcrübə Stansiyalarında və bir çox kəndli-fermer təsərrüfatlarında aparılmış çoxillik elmi-tədqiqat işlərinin nəticələri və respublikanın müxtəlif torpaq şəraitinə uyğun gələn yüksək məhsuldar, keyfiyyətli araxis sortlarının seçilməsi, onların bioloji xüsusiyyətləri və becərilmə texnologiyalarının ümumiləşdirilməsi əsasında hazırlanmışdır.