sa sa 1705
Elmi şuranın növbəti onlayn iclası keçirilib + Foto Noy 18, 2020 | 15:19 / Konfranslar, iclaslar

18 noyabr 2020-ci il tarixində AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti onlayn iclası keçirilib. Tədbiri giriş sözü ilə açan sədr - AMEA-nın vitse-prezidenti, institutun direktoru akademik İradə Hüseynova Elmi şura üzvlərini gündəlikdəki məsələlərlə tanış edib. Akademik İ.Hüseynova Bioinformatika laboratoriyasının aparıcı elmi işçisi Nurməmməd Mustafayevi 55 illik yubileyi münasibətilə təbrik edib və 2020-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatların vaxtında yerinə yetirilməsinə dair göstəriş verib.  Təhsil şöbəsinin müdiri Samirə Rüstəmova 2020/2021-ci tədris ilində İnstitutun doktoranturasına sənəd qəbulunun nəticələri və cari tədris ilində İnstitutun magistraturasına qəbul olunmuş magistrların dissertasiya işlərinin mövzuları haqqında məlumat verib. Daha sonra bir sıra cari məsələlər müzakirə olunub. Bununla da Elmi şuranın növbəti iclası öz işini başa çatdırıb.