sa sa 1619
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib + Foto Dek 09, 2020 | 17:38 / Konfranslar, iclaslar

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Elmi Şuranın növbəti onlayn iclası keçirilib. İclasın sədri, İnstitutun direktoru, akademik İradə Hüseynovanın rəhbərliyi ilə institutun Bioadaptasiya, Proteomiks laboratoriyaların və Qadınlar Şurasının illik hesabatları dinlənilib. Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçiləri, b.ü.f.d. Samirə Rüstəmova, Gülnarə Balakişiyeva və Nərgiz Sultanova illik hesabatla çıxış edərək aparılan elmi tədqiqat işlərinin nəticələri, onların elmi və praktiki əhəmiyyəti və beynəlxalq indeksli jurnallarda öz əksini tapmış məqalələr, beynəlxalq elmi əlaqələr və layihələr, elmi ezamiyyətlər, beynəlxalq və yerli konfranslarda iştirak edilməsi və laboratoriyada həyata keçirilən kadr hazırlığı haqqında məlumat veriblər. Məruzələr ətrafında yaranan suallar cavablandırılıb və geniş müzakirələr aparılıb. Beynəlxalq statuslu Proteomiks laboratoriyasının müdiri, Şimali Koreyanın Pusan Universitetinin tədqiqatçı professoru İsmayıl Zülfüqarov laboratoriyanın illik fəaliyyət haqqında hesabatı Elmi Şura üzvlərinin diqqətinə çatdırıb. Qadınlar Şurasının fəaliyyəti haqqında şuranın sədri, b.ü.f.d. Fəzilə Qasımova məlumat verib. Sonda hesabatların yekdilliklə qəbul olunması barədə qərar qəbul edilib.