sa sa 1557
“Elm” qəzetinin “Qarabağ Azərbaycandır” şüarı ilə növbəti sayı çap olunub Dek 11, 2020 | 12:24 / Nəşrlər

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin “Qarabağ Azərbaycandır” şüarı ilə bu il 25-ci nömrəsi işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradına dair material yer alıb.

Nəşrin növbəti səhifələrində akademiyanın Rəyasət Heyətində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan konfrans, AMEA ilə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında imzalanan əməkdaşlıq sənədi, akademik İsa Həbibbəylinin Kazan şəhərində baş tutan beynəlxalq onlayn yığıncaqda çıxışı, akademik İbrahim Quliyevin “Xəzər dialoqu” Beynəlxalq İqtisadi Forumunda iştirakı, Azad Həmkarlar İttifaqı və ilk təşkilatlar tərəfindən “YAŞAT” fonduna köçürülən ianə haqqında məlumatlar oxuculara təqdim olunur.

Bundan əlavə, “Elmi informasiya müharibəsinin ön cəbhəsində”, “Əbdürrrəhim bəy Haqverdiyevin ictimai və fəlsəfi fikirləri”, “Qarabağda kəşf edilmiş arxeoloji mədəniyyətlər” sərlövhəli məqalələr, elmi yeniliklər və digər xəbərlərlə də tanış ola bilərsiniz.

12 səhifəlik qəzetdə, o cümlədən rus dilində “Наследие на века”, “Связям крепнуть”, “Пять составляющих Победы”, “Друг или враг”, “Снежный купол и Детская крепость” sərlövhəli məqalələr və digər maraqlı materiallar öz əksini tapıb.

science.gov.az