sa sa 1439
AMEA-nın kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib + Foto Dek 12, 2020 | 12:27 / Mühüm hadisələr

Dekabrın 12-də AMEA Rəyasət Heyətinin üzvləri və aparatın struktur bölmələrinin rəhbərləri, o cümlədən institut və təşkilatların nümayəndələri müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 17-ci ildönümü ilə əlaqədar Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət ediblər.

Elmi ictimaiyyətin nümayəndələri dahi lider Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq ulu öndərin məzarı üzərinə gül dəstələri qoyub, ruhu qarşısında baş əyiblər.

Ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

science.gov.az