sa sa 1550
“Ali bitkilərdə karbonun ilkin assimilyasiyasının tənzimlənmə mexanizmləri” adlı kitab işıq üzü görüb Dek 23, 2020 | 19:37 / Nəşrlər

Ş.M.Bayramov, N.M.Quliyev və mərhum akademik C.Ə. Əliyevin həmmüəllifliyi ilə “Ali bitkilərdə karbonun ilkin assimilyasiyasının tənzimlənmə mexanizmləri” adlı kitab işıq üzü görüb. Kitab karbonun ilkin assimilyasiyasinda istirak edən Kalvin-Benson tsiklinin fermentlərinin və eləcə də rubiskokarboksilazanın (RCA), fepkarboksilazanın (PEPK-aza), NAD- və NADP- malat dehidrogenazaların, karboanhidrazaların (KA) bəzi taxıl növlərində və stres amillərinə davamli bitkilərdə normal şəraitdə və bəzi abiotik stres-faktorların təsirindən asılı olaraq tənzimlənmə mexanizmlərinin öyrənilməsinə həsr olunmuşdur.

Kitab bitki fiziologiyası, biokimyası və molekulyar biologiyası sahəsində çalişan tədqiqatçıların elmi-tədqiqat işlərində və eyni zamanda universitetlərin uyğun kafedralarında tədris vəsaiti kimi istifadə edilə bilər.