sa sa 1720
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günüdür Dek 24, 2020 | 10:58 / Mühüm hadisələr

Cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Sizi doğum günü münasibətilə təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayır, can sağlığı diləyirik. Məhz Sizin sayənizdə Azərbaycanın əldə etdiyi qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada önəmli mövqe və dövlətimizin apardığı müstəqil xarici siyasət Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoyulmasını mümkün etdi. Siz uğurlara imza atmış bir dövlət xadimi kimi Azərbaycan Respublikasında sabitliyin və firavanlığın qarantısınız. Sizin müdrikliyiniz, uzaqgörənliyiniz və geniş dünyagörüşünüz sayəsində bu gün Azərbaycan Respublikası dinamik inkişaf edən bir dövlətə çevrilib. Sizin zəngin siyasi təcrübəniz və yüksək peşəkarlığınız Azərbaycan xalqının rifahının yüksəldilməsi naminə mürəkkəb məsələləri qətiyyətlə və ardıcıl olaraq həll etməyə imkan verir. İnanırıq ki, Ulu Öndərimizin layiqli davamçısı kimi dahi şəxsiyyətin siyasi kursuna sadiqlik və Sizinlə xalq arasında yaranmış sarsılmaz birlik Azərbaycanı daha böyük gələcəyə doğru aparacaq.

Dərin hörmətlə,

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kollektivi adından, institutun direktoru akademik İradə Hüseynova.