sa sa 1608
Magistrların onlayn imtahanları davam edir + Foto Yan 08, 2021 | 16:40 / İmtahanlar

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda bu gün “Biotexnologiya” ixtisası üzrə “Heyvan biotexnologiyası”, “Biokimya” ixtisası üzrə “Tibbi biokimya” fənlərindən imtahanlar keçirildi. AMEA-nın Elm və Təhsil İdarəsinin Magistratura şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə və müavini Ramin Həsənov imtahanlarda iştirak ediblər. İmtahanlar müvəffəqiyyətlə başa çatıb.