sa sa 1668
İnstitutda onlayn imtahanlar davam edir + Foto Yan 15, 2021 | 18:30 / İmtahanlar

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda qış imtahan sessiyası onlayn platforma üzərində uğurla davam edir. Bu həftə ərzində “Molekulyar biologiya” ixtisası üzrə təhsil alan I kurs magistrantları “Fotosintezin molekulyar biologiyası”, “Mutagenez və reparasiya”, II kurs magistrantları isə “Bioloji siqnalların ötürülməsinin molekulyar mexanizmləri” fənləri üzrə, “Biokimya” ixtisası üzrə təhsil alan I kurs magistrantı “Zülalların quruluşu və funksiyaları”, “Molekulyar immunologiya”, II kurs magistrantları isə “Makromolekulların membrandan daşınması”, “Biotexnologiya” ixtisası üzrə I kursda təhsil alan magistrantlar “Bitki biotexnologiyası” və “Qida biotexnologiyası”, II kursda təhsil alan magistrantlar isə “Bitkilərin hüceyrə mühəndisliyi”, “Nanobiotexnologiya” ixtisası üzrə II kurs magistrantı “Alternativ enerjinin alınmasının nanotexnoloji əsasları” və “Nanobiotexnologiyanın tədqiqat metodları” fənləri üzrə imtahanlar veriblər. AMEA-nın vitse-prezidenti, institutun direktoru akademik İradə Hüseynova imtahanlarda iştirak edərək sessiyanın gedişatına nəzarət edib. İnstitutun elmi işlər üzrə direktor müavini biologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Məmmədov, Təhsil şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Rüstəmova və şöbənin aparıcı mütəxəssisi Qənfilə Bayramova, institut əməkdaşı Gülzar İbadova keçirilən bütün imtahanlarda iştirak edirlər. İnstitutda imtahan sessiyası fevralın 2-nə kimi davam edəcəkdir.