sa sa 1455
“Elm” qəzetinin yeni sayı çapdan çıxıb Yan 22, 2021 | 11:44 / Nəşrlər

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni nömrəsi işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanına ziyarətini əks etdirən məlumat yer alıb.

Nəşrin növbəti səhifələrində AMEA Rəyasət Heyətinin iclası, akademik Ramiz Mehdiyevin kitabının Rusiyada nəşri, akademiyada “Nizami ili”nə həsr olunan tədbir, AMEA-nın elmi müəssisə və təşkilatlarının Qarabağ Dirçəliş Fonduna köçürdükləri ianələr, Şəbəkə hazırlığı indeksinə dair seminar haqqında və s. məlumatlar oxuculara təqdim olunur.

Bundan əlavə, “20 Yanvar faciəsi: Azərbaycan xalqını müstəqilliyə aparan yol”, “Mənalı ömrün 70 ili”, “Mütəşəkkillik zamanın tələbidir”, “Şuşanın tarixini muzeyə çevirək” sərlövhəli məqalələr, nəşrlər, elmi yeniliklər və digər xəbərlərlə də tanış ola bilərsiniz.

12 səhifəlik qəzetdə, o cümlədən rus dilində materiallar öz əksini tapıb.

science.gov.az