sa sa 1944
MBBİ-nin magistr məzunu Oksford Universitetində doktorantura təhsilini uğurla davam etdirir Yan 25, 2021 | 17:18 / Mühüm hadisələr

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kiçik elmi işçisi və sabiq magistrantı Gülnar Abdullayeva Oksford Universitetində Onkologiya ixtisası üzrə doktorantura təhsilinin ilkin imtahanlarından uğurla keçərək əsas “Dphil” pilləsinə keçid almışdır.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun "Molekulyar biologiya” ixtisası üzrə magistraturasını fərqlənmə diplomu ilə bitirən Gülnar Abdullayeva İslam İnkişaf Bankının PhD təqaüd proqramının qalibi olaraq, dünyanın bir sıra aparıcı universitetlərindən dəvət almışdı. 2019-cu ilin sentyabrından o, Oksford Universitetində Onkologiya ixtisası üzrə 4 illik doktorantura təhsilinə başlamışdır. 

https://imbb.az/uploads/Abdullayeva, G (GSO2) DPhil 2020-21.pdf